top of page
Şirkət Haqqında
“Murad LTD” MMC 2002-ci ildən minik və kommersiya avtomobillərində, eləcə də geniş çeşiddə sənaye avadanlıqlarında istifadə üçün nəzərdə tutulmuş sürtgü yağlarının, xüsusi mayelərin satışı üzrə ixtisaslaşmışdır.Ümumi məhsul çeşidimizə 500-dən çox ad daxildir. Məhsullarımız həm iri sənaye müəssisələrinin, həm də şəxsi avtomobil sahiblərinin ehtiyaclarını ödəməyə imkan verir.“Murad LTD” MMC Rusiya Federasiyasının “RN-sürtgü materialları” (Rosneft) və Cənubi Koreyanın “SK Lubricants” (ZIC)istehsalı olan sürtgü yağlarının Azərbaycan Respublikasında rəsmi distribüteridir.Müştərilərin müasir dünya standartlarına uyğun sürtgü yağlarına olan tələbatının ödənilməsi, yüksək keyfiyyətli məhsulla təminatı və müştərilərimizin məmnuniyyəti şirkətin prioritet istiqamətlərindəndir.

Biz avtomobil yağları haqqında düşüncə tərzinizi dəyişirik!
1 dekabr 2022-ci il tarixindən etibarən Cənubi Koreyanın SK Lubricants şirkəti rəsmi olaraq SK Enmove kimi tanındı. Həmçinin, 15 iyun 2023-cü il tarixindən etibarən SK-nın Rusiya nümayəndəliyi öz adını ООО «СК ЭНМУВ РУС»-yə dəyişdi.
Əlavə olaraq, Murad LTD MMC şirkəti Azərbaycan da rəsmi olaraq MOL DYNAMİC motor yağları, SKF ehtiyyat hissələri və MAXCELL təkərlərinin rəsmi distributeriliğiylə məhşurdur.


